Tramp: "İŞİD praktiki cəhətdən məhv edilib"

Tramp: "İŞİD praktiki cəhətdən məhv edilib" Bakı. 24 aprel. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, İŞİD praktiki olaraq məhv edilib.
Digər ölkələr
24 Aprel , 2018 22:26
Tramp: İŞİD praktiki cəhətdən məhv edilib

Bakı. 24 aprel. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, İŞİD praktiki olaraq məhv edilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Fransanın dövlət başçısı Emmanuel Makronla birlikdə keçirdiyi mətbuat konfransında vurğulayıb.

Birləşmiş Ştatların dövlət başçısı qeyd edib ki, ABŞ tezliklə Suriya ilə əlaqədar əhəmiyyətli qərarları qəbul etməlidir.

"Biz İŞİD-i prakiti olaraq məhv etmişik və tezliklə ən vacib qərarları qəbul edəcəyik", - deyə Tramp qeyd edib.

ABŞ lideri mətbuat konfransında həmçinin Birləşmiş Ştatların hərbi birləşmələrinin Suriyadan çıxarılması istəyini də bildirib.

Son xəbərlər

Orphus sistemi