Yuxarı

Tramp İraqla bağlı fövqəladə vəziyyət rejiminin müddətini artırıb

​Tramp İraqla bağlı fövqəladə vəziyyət rejiminin müddətini artırıb

ABŞ prezidenti Donald Tramp İraqla bağlı fövqəladə vəziyyət rejiminin müddətini artırıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin saytında bildirilir.

"İraqın nizama salınmış bərpası, ölkədə sülh və təhlükəsizliyin bərpası və saxlanılması, həmçinin İraqda siyasi, inzibati və iqtisadi institutların inkişafı yolunda maneə əvvəlki kimi ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə təhlükə təhdid edir", - deyə Trampın Konqresə ünvanladığı məktubun mətnində deyilir.

ABŞ-ın İraqla bağlı fövqəladə vəziyyət rejimi 2003-cü ildə tətbiq olunub.

Daha əvvəl Donald Tramp İraqa hərbi dəstək qarşılığında ABŞ-a neft verilməsini təklif edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi