Yuxarı

Tramp İranla sanksiyaların ləğvi şərti ilə danışıqlar imkanını rədd edib

​Tramp İranla sanksiyaların ləğvi şərti ilə danışıqlar imkanını rədd e 428

ABŞ prezidenti Donald Tramp İranın Amerika sanksiyalarının ləğvindən sonra danışıqların keçirilməsi çağırışını dəstəkləməyib.

“Report” xəbər verir ki, o, bununla bağlı fikirlərini özünün “Twitter” səhifəsində yerləşdirib.

"İranın xarici işlər naziri bildirib ki, İran ABŞ-la danışıqlar aparmağı arzu edir, amma istəyir ki, sanksiyalar götürülsün. Xeyr, təşəkkür", - deyə ABŞ administrasiyasının başçısı reaksiya verib.

Daha əvvəl İranın Xаrici İşlər Nаzirliyinin başçısı Məhəmməd Cavad Zərif İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı general Qasım Süleymaninin ABŞ hərbçiləri tərəfindən öldürülməsinə baxmayaraq, Amerika tərəfi ilə danışıqlar imkanlarını istisna etməyib. Nazirin sözlərinə görə, Tramp administrasiyası keçmişi düzəldə, sanksiyaları götürə və danışıqlar masasına qayıda bilər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi