Yuxarı

Tramp: İranda etirazlar terrorçuluğun dəstəklənməsinə qarşı yönəlib

Tramp dəfələrlə İran hökümətini terrorçulun dəstəkləməsində ittiham edib.

Bakı. 31 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp İrandakı etirazları şərh edərkən yenidən İran rəhbərliyini terrorçuluğu dəstələməkdə ittiham edib.

“Report”-un məlumata görə, bu barədə “RT” məlumat verib.

“İranda böyük etiraz aksiyaları baş verir. Nəhayət insanlar onların var-dövləti və pullarının oğurlandığını və terrorçuluğa sərf edildiyini anlamağa başladılar. Görünür ki, onlarin daha buna dözmək niyyəti yoxdur,” — deyə D.Tramp Twitter səhifəsində yazıb.

Amerikalı prezidentin sözlərinə görə, Vaşınqton “insan haqqların pozulması hallarını” diqqət ilə izləyəcək.

Qeyd edək ki, İranın bir neçə şəhərində hökümıtin iqtisadi siyasətinə qarşı etirazlar keçirilır.

D.Tramp dəfələrlə İran hökümətini terrorçulun dəstəkləməsində ittiham edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi