Donald Tramp: "İranda ABŞ xəfiyyələrinin həbs olunması xəbərləri yalandır"

Donald Tramp: "İranda ABŞ xəfiyyələrinin həbs olunması xəbərləri yalandır" ABŞ prezidenti Donald Tramp İranda Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) xəfiyyələrinin həbs olunması barədə xəbərləri yalan və təbliğat kimi qiymətləndirib.
Digər ölkələr
22 İyul , 2019 18:38
Donald Tramp: İranda ABŞ xəfiyyələrinin həbs olunması xəbərləri yalandır

ABŞ prezidenti Donald Tramp İranda Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) xəfiyyələrinin həbs olunması barədə xəbərləri yalan və təbliğat kimi qiymətləndirib.

“Report” xəbər verir ki, dövlət başçısı bu barədə özünün "Tvitter" səhifəsində yazıb. 

“İranın CİA casuslarını həbs etməsi ilə bağlı xəbərləri ağ yalandır. Sıfır həqiqətdir. Sadəcə, naəlac qalan və nə edəcəyi barədə fikri olmayan dini rejimin irəli sürdüyü daha bir yalan və təbliğatdır (eynilə dron vurmalarına bənzər). İqtisadiyyatları çöküb, daha da pis olacaq. İran bütövlüklə qarışır!”, - D.Tramp qeyd edib.

Son xəbərlər

Orphus sistemi