Tramp İran üzrə yeni strategiyasını təqdim etmək niyyətindədir

Tramp İran üzrə yeni strategiyasını təqdim etmək niyyətindədir O, İranla razılaşmanın ABŞ-ın milli təhlükəsizlik maraqlarına cavab vermədiyini bildirəcək
Digər ölkələr
7 Oktyabr , 2017 04:49
Tramp İran üzrə yeni strategiyasını təqdim etmək niyyətindədir

Bakı. 7 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Tehranla nüvə sazişində dəyişiklikləri nəzərdə tutan, İran üzrə yeni strategiyasını təqdim etməyə hazırlaşır.

"Report"un məlumatına görə, bu haqda hökumət məmurlarına istinadən "NBC" telekanalı xəbər verib.

Qeyd olunur ki, o, öz planının detallarını gələn həftə elan etmək niyyətindədir.

Tramp İranla nüvə razılaşmasının ABŞ-ın milli təhlükəsizlik maraqlarına cavab vermədiyini xüsusi olaraq bildirəcək.

Telekanal qeyd edib ki, daha əvvəl Ağ Evin mətbuat katibi Sara Sanders yeni, hərtərəfli strategiyanın yaxın günlərdə elan ediləcəyini və Tehranın təkcə nüvə proqramının deyil, "bütün pis davranışı"nın nəzərə alınacağını deyib.

Son xəbərlər

Orphus sistemi