Tramp: "İran öz qüvvələrini Suriya və Yəməndən çıxarmağa başlayıb"

Tramp: "İran öz qüvvələrini Suriya və Yəməndən çıxarmağa başlayıb" "İran artıq üç-dörd ay əvvəlki cəsarətli ölkə deyil"
Digər ölkələr
13 İyun , 2018 06:58
Tramp: İran öz qüvvələrini Suriya və Yəməndən çıxarmağa başlayıb

Bakı. 13 iyun. REPORT.AZ/ Amerika lideri Donald Tramp bildirib ki, İran Vaşinqtonun "nüvə sazişi"ndən çıxmasından sonra öz qüvvələrini Suriya və Yəməndən çıxarmaq kampaniyasına başlayıb.

"Report" xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb

"Düşünürəm ki, İran dəyişib. İranın indi Aralıq dənizi, Suriya və Yəmən tərəfə əvvəlki kimi baxdığını düşünmürəm. Onlar öz adamlarını Suriyadan, Yəməndən çıxarmağa başlayırlar. Bu artıq başqa məsələdir", - deyə ABŞ prezidenti bildirib.

Tramp həmçinin əlavə edib ki, "İran artıq üç-dörd ay əvvəlki cəsarətli ölkə deyil".

Son xəbərlər

Orphus sistemi