Yuxarı

Tramp İllinoysda ölənlərin yaxınlarına başsağlığı verib

Bakı. 16 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların İllinoys ştatında, Avrora şəhərində baş vermiş atışmada həlak olanların yaxınlarına başsağlığı verib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün "Twitter" səhifəsində yazıb.

"Avrorada, İllinoysda hüquq-mühafizə orqanlarının işi əladır. Həlak olanlara və onların ailələrinə səmimi başsağlığı", - deyə o, "Twitter"də yazıb.

Qeyd edək ki, Avrora şəhərində, "Henry Pratt" şirkətinin binasında atışma olub. Hadisə nəticəsində azı 5 nəfər həlak oluib. Əməliyyat zamanı 4 polis əməkdaşı yaralanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi