Tramp Hindistanın baş nazirini ABŞ-a dəvət edib

Tramp Hindistanın baş nazirini ABŞ-a dəvət edib ABŞ prezidenti baş nazir Modini qəbul etmək niyyətindədir
Digər ölkələr
29 Mart , 2017 00:59
Tramp Hindistanın baş nazirini ABŞ-a dəvət edib
Courtesy İmage

Bakı. 29 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Hindistanın baş naziri Narendro Modi ilə telefon danışığında onu Vaşinqtona dəvət edib.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, Ağ Ev rəhbəri Hindistan hökumətinin rəhbərini seçkilər münasibətilə təbrik edib. ABŞ lideri baş nazirin iqtisadi islahatlarını dəstəklədiyini deyərək Hindistan xalqına dərin ehtiramını ifadə edib.

"Prezident Tramp həmçinin bildirib ki, Vaşinqtonda baş nazir Modini qəbul etmək niyyətindədir", - deyə Ağ Evdə əlavə ediblər.

Son xəbərlər

Orphus sistemi