Tramp G7 sammitində Kanadanın baş naziri və Fransa rəhbəri ilə görüşəcək

Tramp G7 sammitində Kanadanın baş naziri və Fransa rəhbəri ilə görüşəcək Bakı. 6 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp G7 ölkələrinin sammitində Kanadanın baş naziri Castin Tryudo və Fransa prezidenti Emmanuel Makronla bir sıra vacib, ikitərəfli görüşlər keçirəcək.
Digər ölkələr
6 İyun , 2018 22:10
Tramp G7 sammitində Kanadanın baş naziri və Fransa rəhbəri ilə görüşəcək

Bakı. 6 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp G7 ölkələrinin sammitində Kanadanın baş naziri Castin Tryudo və Fransa prezidenti Emmanuel Makronla bir sıra vacib, ikitərəfli görüşlər keçirəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin baş iqtisadi müşaviri Larri Kudlou keçirdiyi brifinqdə bildirib.

"Orda vacib ikitərəfli görüşlər olacaq. Prezident Tramp baş nazir Tryudo və prezident Makronla görüşəcək", - deyə Kudlou bildirib.

Qeyd edək ki, "Böyük yeddilər"in sammiti iyunun 8-9-da Kanadanın Kvebek vilayətində keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi