Yuxarı

Tramp “fırtına öncəsi sakitlik” sözlərinə aydınlıq gətirib

Tramp “fırtına öncəsi sakitlik” sözlərinə aydınlıq gətirib
Tramp bu kəlməni işlədəndə Şimali Koreyanı nəzərdə tutduğunu söyləyib

Bakı. 12 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp “fırtına öncəsi sakitlik” sözlərinə aydınlıq gətirib.  

“Report” xəbər verir ki, o, "Fox News"a müsahibəsində Şimali Koreya haqqında danışdığını açıqlayıb.

Oktyabrın 5-də ABŞ-ın yüksək rütbəli hərbçiləri ilə görüşdən sonra D.Tramp “fırtına öncəsi sakitlik” ifadəsini işlədib. Həmin vaxt o, sözlərinə aydınlıq gətirməkdən imtina edib.

Ağ Ev rəhbəri "Fox News"a müsahibəsində bu ifadəni işlədəndə Şimali Koreyanı nəzərdə tutduğunu söyləyib.

"Biz bunun belə davam etməsinə imkan verə bilmərik. Sadəcə imkan verə bilmərik", - deyə ABŞ prezidenti KXDR-in nüvə proqramı haqqından danışarkən bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi