Tramp ABŞ hökumətinin işini yenilədiyini elan edib

Tramp ABŞ hökumətinin işini yenilədiyini elan edib Bakı. 25 yanvar. REPORT.AZ/ Birləşmiş Ştatların prezidenti Donald Tramp mətbuat konfransının gedişatında bildirib ki, o, federal hokümətin işini yeniləməsi ilə bağlı fərman imzalayacaq.
Digər ölkələr
25 Yanvar , 2019 23:50
Tramp ABŞ hökumətinin işini yenilədiyini elan edib

Bakı. 25 yanvar. REPORT.AZ/ Birləşmiş Ştatların prezidenti Donald Tramp mətbuat konfransının gedişatında bildirib ki, o, federal hokümətin işini yeniləməsi ilə bağlı fərman imzalayacaq.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Amerika lideri hökumətin fevralın 15-dək, üç həftə işləyəcəyini bildirib.

"Yaxın vaxtlarda mən "şatdaun"un dayandırılması və federal hokümətin işini üç həftəyə, 15 fevrala qədər yeniləməsini nəzərdə tutan fərmanı imzalayacağam", - deyə o bildirib.

Ötən ilin 22 dekabrında ABŞ hökuməti işini qismən dayandırıb. Buna səbəb demokratlar və respublikaçıların büdcə ilə bağlı razılığa gələ bilməmələri olub.

Yanvarın 12-də "şatdaun" Birləşmiş Ştatların tarixində ən uzun müddətli olub. 

Daha əvvəl bildirilib ki, ABŞ Senatı Prezident Donald Trampın bir aydan çoxdur davam edən və federal hökumətin işini müvəqqəti dayandırdığı "şatdaun"un dayandırılması üzrə təklifini qəbul etməyib.

Son xəbərlər

Orphus sistemi