Yuxarı

Tramp Ərdoğanla NATO sammitində görüşəcək

Tramp Ərdoğanla NATO sammitində görüşəcək

32

Bakı. 27 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla NATO-nun Brüsseldə, iyulun 11-12-də keçiriləcək sammitində görüşəcək.

"Report"un xarici mətbuata istinadən məlumatına görə, bu barədə Türkiyə liderinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, bu məsələ dövlət başçıları arasında telefon danışığında da müzakirə edilib. "Onlar (dövlət başçıları-red) NATO-nun iyulun 11-12-də, Brüsseldə keçiriləcək sammitindəki görüşü səbirsizliklə gösləyirlər", - deyə mətbuat xidmətindən bildirilib.

ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçell Amerika Senatındakı dinləmələrdə bildirib ki, Birləşmiş Ştatlar Ərdoğan hökuməti ilə işləməyə hazırdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi