Yuxarı
    Bağlamaq

    Tramp Elvis Preslini ölümündən sonra medalla təltif edib

    Bakı. 11 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp mərhum müğənni və aktyor Elvis Preslini ölümündən sonra prezidentin "Azadlıq" medalı ilə təltif edəcək.

    "Report"un məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidmətindən xəbər verilib.

    Ağ Evdən yayılan məlumatda Elvis Preslinin Amerika mədəniyyətini dünyanın bütün pərəstişkarlarına nümayiş etdirdiyi vurğulanır. Qeyd edilir ki, E.Presli ölümündən 40 il sonra da Amerikanın əbədi ikonası olaraq qalır.

    Mükafatlandırma mərasimi noyabrın 16-da keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi