Tramp: “Çoxları yeni Fələstin dövlətinə sərmayə yatırmaq istəyir” - FOTO

Tramp: “Çoxları yeni Fələstin dövlətinə sərmayə yatırmaq istəyir” - FOTO ABŞ prezidenti Donald Tramp bildirib ki, Əsrin sazişi yeni Fələstin dövləti üçün 50 milyard dollar məbləğində investisiyaları təmin edəcək.
Digər ölkələr
28 Yanvar , 2020 22:50

ABŞ prezidenti Donald Tramp bildirib ki, "Əsrin sazişi" yeni Fələstin dövləti üçün 50 milyard dollar məbləğində investisiyaları təmin edəcək.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

O, bildirib ki, çox sayda dövlət bu prosesdə iştirak etmək istəyir. “Praktik olaraq hamı istəyir ki, bu olsun", - o deyib.

Trampın fikrincə, "əsrin sazişi" İsrail və Fələstinin qonşuların böyük dəstəyini alacaq".

ABŞ prezidenti həmçinin əlavə edib ki, ABŞ planının reallaşdırılacağı təqdirdə 10 il ərzində "Fələstində işsizlik iki dəfə azalacaq".

Qeyd edək ki, Tramp həmçinin özünün "Twitter"dəki səhifəsində "Əsrin sazişi" çərçivəsində təklif edilən İsrail və Fələstinin yeni sərhədlərinin xəritəsini paylaşıb. 

"Gələcək Fələstin dövləti Şərqi Qüdsdə əraziləri ilə belə görünə bilər", - Tramp "Twitter"də yazıb.

Son xəbərlər

Orphus sistemi