Yuxarı

Tramp CNN jurnalisti ilə bağlı məhkəmədən qalib ayrılacağına ümid edir

Bakı. 17 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp məhkəmənin CNN əməkdaşı Cim Akostanın Ağ evdə jurnalist akkreditəsi bərpa etməsinə dair qərarından sonra yekunda məhkəməni qazanacağına ümid edir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o bunu jurnalistlərə açıqlamasında bildirib.

Trampın sözlərinə görə, o buna jurnalist yeri üçün yeni qaydalar tətbiq etməklə nail olmaq niyyətindədir:

"İnsanlar özlərini normal aparmağı bilməlidirlər. Biz qaydalar və tənzimləmə tərtib edirik…qayda və tənzimləmələrlə məhkəməyə qayıdıb, onu qazanacağıq", - deyə Tramp bildirib.

"Üç sual, dörd sual (ardıcıl) vermək olmaz. Ayağa qalxıb oturmamaq olmaz", — deyə o əlavə edib.

Dövlət başçısının sözlərinə görə, o mətbuatın tam azad olmasının tərəfdarıdır. "Lakin Ağ evdə olarkən, özünü hörmətcil aparmalısan", - deyə prezident söyləyib.

Bundan əvvəl Donald Tramp prokurorun "Rusiya işi" ilə bağlı suallarını cavablandırdığını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi