Tramp: "Çinlə ticarət sazişinin birinci mərhələsi üzrə razılaşma ABŞ-da imzalanacaq"

Tramp: "Çinlə ticarət sazişinin birinci mərhələsi üzrə razılaşma ABŞ-da imzalanacaq" Əgər nail olunsa, rəsmi Vaşinqton və Pekinin son ticarət sazişi üzrə danışıqlar çərçivəsində birinci mərhələnin tamamlanmasını qeyd edəcək razılaşma ABŞ-da imzalanacaq.
Digər ölkələr
3 Noyabr , 2019 23:44
Tramp: Çinlə ticarət sazişinin birinci mərhələsi üzrə razılaşma ABŞ-da imzalanacaq

Əgər nail olunsa, rəsmi Vaşinqton və Pekinin son ticarət sazişi üzrə danışıqlar çərçivəsində birinci mərhələnin tamamlanmasını qeyd edəcək razılaşma ABŞ-da imzalanacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Nyu-Yorkdan qayıtdıqdan sonra Ağ Evdə söhbət zamanı jurnalistlərə bildirib.

Tramp ticarət sferasında mübahisələrin nizama salınması üzrə Amerika-Çin danışıqlarında irəliləyişin olduğunu bildirib. "Mən ilk növbədə (ticarət -red) sazişi bağlamaq istəyirəm. Görüş yerlərini (tərəflərin imzalayacağı razılaşmanın yeri-red) olduqca sadə şəkildə seçmək olar. Biz ilk növbədə sazişin bağlanılmasının alınıb-alınmayacağına baxacağıq. Əgər sazişi bağlasaq, onda görüş yerlərini seçmək çox sadə olacaq. Bu harada isə ABŞ-da olacaq", - Tramp qeyd edib.

Son xəbərlər

Orphus sistemi