ABŞ prezidenti Donald Tramp bildirib ki, Çinlə ticarət sazişi üzrə danışıqlar yaxşı gedir.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
ABŞ dövlət başçısı qeyd edib ki, o, bu sazişin imzalanmasına cəhd edir.
"(Danışıqlar) Çinlə (ticarət sazişi üzrə görə) yaxşı gedir", - Tramp jurnalistlərlə söhbətində deyib. O, əlavə edib ki, hər iki tərəf bu razılaşmanın imzalanmasına cəhd edir.
Daha əvvəl Amerika KİV-i bildirib ki, Birləşmiş Ştatlar Çin mallarına idxal rüsumlarının dekabrın 15-də qüvvəyə minməli olan artımını təxirə sala bilər. Çin nümayəndə heyətinin ABŞ-la ticarət danışıqları üzrə başçısı Lyu Xe öz növbəsində ticarət razılaşmasının birinci mərhələsinin imzalanması ilə bağlı "ehtiyatlı optimizm" ifadə edib.