Yuxarı

Tramp Çinə səfərini şərh edib

Tramp Çinə səfərini şərh edib
ABŞ prezidenti Si Çzinpinlə danışıqları məhsuldar adlandırıb
© Foto: Global Look Press

Bakı. 10 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Çzinpinlə danışıqları məhsuldar adlandırıb.

"Report" "RT"-ə istinadən xəbər verir ki, o, bununla bağlı "Twitter"də yazıb.

"Mənim Si Çzinpinlə danışıqlarım ticarət sahəsində olduğu kimi, Şimali Koreya məsələsində də çox məhsuldar oldu. O, çox hörmətli və xalqının qüdrətli nümayəndəsidir", - deyə o, "Twitter"də yazıb.

Daha əvvəl Si Çzinpin Trampın Çinə səfərinin tarixi əhəmiyyətini qeyd edib.

Çin və ABŞ Amerika liderinin Pekinə səfəri çərçivəsində 250 milyard dollardan çox məbləğdə ticarət razılaşmasını imzalayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi