Tramp: Çin ABŞ-la ticarət sazişi üzrə razılaşmanı yerinə yetirməyə başlayıb

Tramp: Çin ABŞ-la ticarət sazişi üzrə razılaşmanı yerinə yetirməyə başlayıb ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin Birləşmiş Ştatlarla ticarət sazişi üzrə razılaşmanı yerinə yetirməyə başlayıb.
Digər ölkələr
14 Oktyabr , 2019 03:18
Tramp: Çin ABŞ-la ticarət sazişi üzrə razılaşmanı yerinə yetirməyə başlayıb

ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin Birləşmiş Ştatlarla ticarət sazişi üzrə razılaşmanı yerinə yetirməyə başlayıb.

"Report" xəbər verir ki, bu barədə o, özünün "Twitter"dəki səhifəsində yazıb.

Ağ Ev başçısının sözlərinə görə, Çinlə sazişin şərti "sazişin üç-dörd həftə sonra imzalanmasını gözləmədən" Amerikanın böyük miqdarda kənd təsərrüfatı məhsullarını yubanmadan almaqdan ibarət olub.

"Çin artıq bizim böyük vətənpərvər-fermerlərimizdən kənd təsərrüfatı məhsullarını almağa başlayıb", - deyə Tramp "Twitter"də yazıb.

ABŞ prezidenti "sazişin genişmiqyaslı birinci mərhələsini qurtarmağa" və ikinci danışıqlar mərhələsi başlamağa söz verib. 

Son xəbərlər

Orphus sistemi