Tramp bu gün Hindistana ilk səfər edəcək

Tramp bu gün Hindistana ilk səfər edəcək ABŞ prezidenti Donald Tramp bazar ertəsi Hindistana səfər edəcək.
Digər ölkələr
24 Fevral , 2020 03:49
Tramp bu gün Hindistana ilk səfər edəcək

ABŞ prezidenti Donald Tramp bazar ertəsi Hindistana səfər edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, səfərdə ABŞ liderini ölkənin birinci xanımı Melanya Tramp, həmçinin 12 nəfərdən ibarət rəsmi nümayəndə heyəti müşayiət edəcək.

Nümayəndə heyətinin tərkibinə xüsusi halda prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Robert O Brayen, ticarət və energetika naziri Uilbur Ross və Den Bruyet, ABŞ-ın Hindistandakı səfiri Kennet Caster, Ağ Evin mətbuat katibi Stefani Qrişem, prezidentin qızı və məsləhətçisi İvanka Tramp, həmçinin ABŞ liderinin kürəkəni və böyük məsləhətçi Cared Kuşner daxildir.

Bu, Trampın Hindistana birinci səfəri, həmçinin ABŞ prezidentinin ölkəyə son beş ildə ilk səfəri olacaq.

Son xəbərlər

Orphus sistemi