Tramp "boru kəməri dollarları"nın Rusiyaya axınından qəzəblənib

Tramp "boru kəməri dollarları"nın Rusiyaya axınından qəzəblənib Bakı. 12 iyul. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp boru kəməri dollarlarının Rusiyaya axınından qəzəblənib.
Digər ölkələr
12 İyul , 2018 04:32
Tramp boru kəməri dollarlarının Rusiyaya axınından qəzəblənib

Bakı. 12 iyul. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp "boru kəməri dollarları"nın Rusiyaya axınından qəzəblənib.

"Report" xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.

Birləşmiş Ştatlar prezidenti özünün səhifəsində yazıb ki, Avropanın pis sərhədləri Rusiyaya "boru kəməri dollar"ları axınının qarşısını ala bilməz.

"Avropanın sərhədləri pisdir! Boru kəməri dollarlarının Rusiyaya (axını) qəbuledilməzdir", - deyə Tramp yazıb.

Dövlət başçısı qeyd edib ki, NATO ölkələri onun ötənilki səfərindən "əlavə milyardlarla dollar" xərcləyir, amma bu, yenə də kifayət deyil. Amerika lideri həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar Avropaya dəstək üçün həddən çox pul xərcləyir.

Son xəbərlər

Orphus sistemi