Tramp BMT-nin Qüdslə bağlı qətnaməsini dəstəkləyən ölkələri təhdid edib

Tramp BMT-nin Qüdslə bağlı qətnaməsini dəstəkləyən ölkələri təhdid edib O, həmin ölkələrə ayrılan maliyyə yardımlarının kəsiləcəyini bildirib
Digər ölkələr
21 Dekabr , 2017 05:41
Tramp BMT-nin Qüdslə bağlı qətnaməsini dəstəkləyən ölkələri təhdid edib

Bakı. 21 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp BMT-nin Qüdslə bağlı qərarını dəstəkləyən ölkələri onlara edilən maliyyə yardımının dayandırılacağı ilə təhdid edib.

“Report” "Guardian"a istinadən xəbər verir ki, bunu o, Ağ evdə çıxışı zamanı deyib.

"Onlar yüz milyonlarla, hətta milyardlarla dollar vəsait alırlar, sonra isə bizə qarşı səs verirlər. Biz bu səsləri görürük", - deyə Tramp bildirib.

Onun sözlərinə görə, ABŞ belə olan halda yaxşıca qənaət etmiş olacaq.

Son xəbərlər

Orphus sistemi