ABŞ prezidenti Donald Tramp bildirib ki, ilkin şərtlər olmadan İranla danışıqlara hazır deyil.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı özünün "Twitter"dəki səhifəsində yazıb.
"Saxta KİV bildirir ki, mən İranla danışıqlara hazıram və şərtsiz... Bu, həmişə olduğu kimi yalan açıqlamadır", deyə Tramp yazıb.
Daha əvvəl Donald Tramp İranın ABŞ ilə danışıqlar aparmaq istədiyini söyləyib. "İran görüşmək istəyir", - deyə o, bildirib və məsələnin təfərrüatları barədə məlumat verməyib.