Tramp "Apple" şirkətinin rüsumlardan azad olunacağını istisna etməyib

Tramp "Apple" şirkətinin rüsumlardan azad olunacağını istisna etməyib ABŞ prezidenti Donald Tramp Apple korporasiyasının Çindən idxal olunan mallara gömrük rüsumlarından azad olunması imkanı barədə fikirləşir.
Digər ölkələr
21 Noyabr , 2019 03:44
Tramp Apple şirkətinin rüsumlardan azad olunacağını istisna etməyib

ABŞ prezidenti Donald Tramp "Apple" korporasiyasının Çindən idxal olunan mallara gömrük rüsumlarından azad olunması imkanı barədə fikirləşir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin saytında bildirilib.

Texas ştatının paytaxtı Ostində kompüterlərin quraşdırılması üzrə şirkətə aid müəssisəyə gedən ABŞ dövlət başçısı qeyd edib ki, bu imkanlar nəzərdən keçirilir.

"Biz buna baxırıq", - deyə Tramp jurnalistin "Apple" rüsumlardan azad olmağa bel bağlaya bilərmi?" - sualında cavabında bildirib. "Biz "Apple"ə təxminən "Samsung"a olduğu kimi münasibət bəsləməliyik", - prezident əlavə edib.

Qeyd edilir ki, görüşdə "Apple" şirkətinin baş direktoru Tim Kuk da iştirak edib. 

Son xəbərlər

Orphus sistemi