Tramp “Apple” şirkətini tənqid edib

Tramp “Apple” şirkətini tənqid edib ABŞ prezidenti Donald Tramp “Apple” şirkətini cinayətkarların telefonlarını istintaqa kömək üçün blokdan çıxarmamasına görə tənqid edib.
Digər ölkələr
15 Yanvar , 2020 04:32
Tramp “Apple” şirkətini tənqid edib

ABŞ prezidenti Donald Tramp “Apple” şirkətini cinayətkarların telefonlarını istintaqa kömək üçün blokdan çıxarmamasına görə tənqid edib.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün “Twitter”dəki səhifəsində yazıb.

"Biz hamımız zamanla ticarətdə və çox başqa məsələlərdə “Apple”ə kömək edirik və bununla belə, onlar qatillərin, narkodilerlrin və digər təhlükəli kriminal elementlərin telefonlarını blokdan çıxarmaqdan imtina edirlər", - deyə Tramp “Twitter”də yazıb.

O şirkəti bu təcrübəni dəyişdirməyə çağırıb.

Daha əvvəl Ədliyyə Nаzirliyinin rəhbəri Uilyam Barr bildirib ki, “Apple” Floridada ABŞ-ın hərbi bazasında atəş açmış səudiyyəlinin telefonunu blokdan çıxarmağa kömək etməkdən imtina edib.

Son xəbərlər

Orphus sistemi