Yuxarı

Tramp amerikalıların "qanunsuz" saxlanılmasının nəticələri barədə İranı xəbərdar edib

Tramp amerikalıların "qanunsuz" saxlanılmasının nəticələri barədə İranı xəbərdar edib
ABŞ prezidenti Tehranı on ildən artıqdır həbsdə saxlanılan Robert Levinsonu geri qaytarmağa çağırıb

Bakı. 22 iyul. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp və onun administrasiyası başqa ölkələrdə "qanunsuz" saxlanılmış amerikalıların geri qaytarılması üzrə səylərini artırır.

"Report" xəbər verir ki, bu barədə Ağ evin məlumatında deyilir.

"Prezident Tramp ədalətsiz olaraq saxlanılmış bütün Amerika vətəndaşları azad edilərək geri qaytarılmayacağı təqdirdə, İran üçün yeni və ciddi nəticələri təmin etməyə hazırdır", — deyə bəyanatda bildirilir.

Ağ evin bildirdiyinə görə, İran 40 ildir saxlanılma və girov götürməni dövlət siyasətində alət kimi istifadə edir.

"Bu yaxınlarda Siyue Van (ABŞ vətəndaşı. — Report) 10 il müddətinə azadlıqdan məhrum edilib. İran həbsdə olan bütün ABŞ vətəndaşlarının qayğısına qalmaq və onların normal şəraitlə təmin edilməsinə görə cavabdehdir.

Tramp İranı on ildən artıqdır həbsdə saxlanılan Robert Levinsonu ABŞ-a qaytarmağa çağırıb, həmçinin Obama administrasiyası dövründə ələ keçirilən Siamaka və Baker Namazi və qanunsuz olaraq İranda həbsə atılan digər amerikalıların azad olunmasını tələb edir", — deyə bəyanatda qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi