Tramp amerikalıların Fransada dəfn edildiyi qəbristanlığa getməkdən imtina edib

Tramp amerikalıların Fransada dəfn edildiyi qəbristanlığa getməkdən imtina edib Bakı. 10 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp amerikalıların Fransada dəfn edildiyi Bois Belleau qəbristanlığına getməkdən imtina edib.
Digər ölkələr
10 Noyabr , 2018 20:03
Tramp amerikalıların Fransada dəfn edildiyi qəbristanlığa getməkdən imtina edib

Bakı. 10 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp amerikalıların Fransada dəfn edildiyi "Bois Belleau" qəbristanlığına getməkdən imtina edib.

"Report" xəbər verir ki, bu barədə BFMTV Ağ Evə istinadən məlumat yayıb.

Məlumata görə, bu, pis hava şəraiti ilə bağlı olub. Donald Tramp Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyi ilə əlaqədar Parisə gəlib. O, bu gün Yelisey Sarayında Fransa prezidenti Emmanuel Makronla görüşüb.

Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyi ilə əlaqədar keçirilən foruma dünyanın bir neçə ölkəsinin dövlət başçıları qatılacaq.

Son xəbərlər

Orphus sistemi