Yuxarı

Tramp Ağ evdə özünü rahat hiss etdiyini bildirib - VİDEO

Tramp Ağ evdə özünü rahat hiss etdiyini bildirib - VİDEO

Bakı. 19 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp etiraf edib ki, prezident statusuna alışmaq bir qədər vaxt tələb etsə də, Ağ evdə yaşamaq onun üçün rahatdır.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o bunu bazar günü "Fox News" telekanalına müsahibəsində deyib.

"Mən özümü rahat hiss edirəm. Mənə bir qədər vaxt lazım oldu. Bilirsiniz ki, bu özlüyündə inanılmazdır. Siz deyirsiniz: "Siz Birləşmiş Ştatların prezidentisiniz", mən isə cavab verirəm: "Vau". Və buna alışmaq üçün vaxt lazımdır", — deyə o bildirib.

O, həmçinin Oval kabinet haqqında da fikirlərini bölüşüb və bildirib ki, onun dünyada tayı-bərabəri yoxdur.

"Bizim 7 masamız var. Prezident kimi siz onlardan istənilən birini seçə bilərsiniz. Məncə, naxışları baxımından bu daha gözəldir. Eyni zamanda bundan mənim hörmət etdiyim insanlar istifadə ediblər", - deyə o qeyd edib.

Bundan əvvəl Donald Tramp tutduğu vəzifədə öz işini "5 +" kimi qiymətləndirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi