ABŞ prezidenti Donald Tramp Ağ Evin Oval kabinetində “Facebook” şirkətinin rəhbəri Mark Zukerberqlə görüşüb.
“Report” xəbər verir ki, Amerika lideri bunu öz “Twitter” səhifəsində yazıb.
Zukerberqin Ağ Evə səfəri əvvəlcədən elan olunmamışdı.
Bundan əvvəl, “Politico” nəşri, bu həftə sosial şəbəkə qurucusunun internetin tənzimləməsi məsələlərini müzakirə etmək üçün Konqresin üzvləri ilə görüşəcəyi barədə məlumat dərc etmişdi.