Yuxarı

Donald Tramp: "ABŞ Səudiyyə Ərəbistanına 12 min hərbçi göndərmək niyyətində deyil"

Tramp: "ABŞ Səudiyyə Ərəbistanına 12 min hərbçi göndərməyəcək"

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına 12 min hərbçi göndərmək niyyətində olmadığını bildirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, bu barədə "Twitter" səhifəsində yazıb.

"Səudiyyə Ərəbistanına 12 min hərbçi göndərəcəyimizlə bağlı bugünkü məlumat yalandır, ya da dəqiq desək, saxta xəbərdir!", - o bildirib.

Qeyd edək ki, daha əvvəl "Fox News" telekanalı Müdafiə Nazirliyindəki mənbələrə istinadən Pentaqonun İranla mübarizə üçün üçün Yaxın Şərqə 7 minədək hərbçi göndərəcəyini bildirmişdi. Bundan əvvəl isə "The Wall Street Journal" nəşri ABŞ-ın regiona 14 min hərbçi göndərmək ehtimalını nəzərdən keçirdiyini yazmış, Pentaqon bu fikri təkzib etmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi