Yuxarı

Tramp ABŞ Kosmik Qüvvələrinin yaradılması haqqında memorandum imzalayıb

Bakı. 20 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp ABŞ Kosmik Qüvvələrinin yaradılmasına dair memorandum imzalayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, memorandumun mətnini Ağ ev yayıb.

"Birləşmiş Ştatların kosmik sistemlərinin tarixən potensial rəqib sistemləri üzərində texniki cəhətdən üstünlük qazanmasına baxmayaraq, bu potensial rəqiblər böhran və münaqişələr dövründə bizim kosmosdan istifadəmizə mane olmaq imkanlarını inkişaf etdirərək, öz kosmik potensiallarını irəli aparırlar", - deyə memorandumda qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi