Yuxarı

Tramp ABŞ-ın Yəməndəki müharibədə iştirakının dayandırılması haqqında qətnaməyə veto qoyub

​Tramp ABŞ-ın müharibədə iştirakı qətnaməsinə veto qoyub

ABŞ Prezidenti Donald Tramp Konqresin Birləşmiş Ştatların Yəməndə döyüş əməliyyatlarında iştirakının dayandırılmasını nəzərdə tutan qətnaməsinə veto qoyub.

"Report"un məlumatına görə, bu barədə Ağ Evin bəyanatına istinadən "Reuters" bildirib.

Trampın qərarı ilə bağlı izahedici qeyddə bildirilir ki, qətnamə "qeyri-vacibdir" və Prezidentin konstitusiya hüquqlarını məhdudlaşdırmağa yönəldilib.

Tramp həmçinin vurğulayıb ki, Konqresin qətnaməsi Amerika vətəndaşlarını və qoçaq hərbi qulluqçuları təhlükəyə məruz qoyur.

Daha əvvəl ABŞ Prezidenti "Boeing" şirkətinə "737 MAX" modeldən olan təyyarələrin model adının dəyişdirilməsini məsləhət görüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi