Yuxarı

Tramp ABŞ-ın Hindistanla ilk birgə hərbi təlimlərinin anonsunu verib

​Tramp ABŞ-ın Hindistanla ilk birgə hərbi təlimlərinin anonsunu verib

ABŞ lideri Donald Tramp Hyustonda Hindistanın baş naziri Narendra Modi ilə birgə çıxışı zamanı bildirib ki, ABŞ və Hindistan noyabrda ilk birgə hərbi təlimlər keçirəcək.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

"ABŞ və Hindistanın noyabrda tarixdə birinci dəfə ölkələrimizin hərbi təlimlərini keçirib, bizim müdafiə sahəsindəki əlaqələrimizdə təsirli irəliləyişi nümayiş etdirəcəklər", - deyə ANI "News" dövlət başçısından sitat gətirib.

Avqustda bildirilirdi ki, Modi ilə Tramp arasında telefon danışığı olub. Onların 30 dəqiqəlik danışığı ikitərəfli və regional məsələlərə həsr edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi