Yuxarı

Tramp Səudiyyə Ərəbistanına hücumlardan sonra ABŞ-ın ehtiyat neftindən istifadəyə icazə verib

​Tramp ABŞ-ın ehtiyat neftindən istifadəyə icazə verib

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumlardan sonra bazarda vəziyyəti sabitləşdirmək üçün zəruri olduqda ölkədə mövcud olan neftin strateji ehtiyatlarını istifadə etməyə icazə verib. 

"Report" TASS-a istinadən xəbər verir ki, ABŞ lideri bu barədə özünün "Twitter"dəki səhifəsində bildirib.

"Səudiyyə Ərəbistanında neftin qiymətlərinə təsir edə biləcək hücumları nəzərə alaraq, mən əgər lazım olsa, bazarların təchizatının normal səviyyəsini dəstəkləmək üçün strateji neft ehtiyatından nefti istifadə etməyə icazə verdim", - deyə o bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi