Tramp ABŞ-ın baş prokurorunun istefa getdiyini bildirib

Tramp ABŞ-ın baş prokurorunun istefa getdiyini bildirib Bakı. 7 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp baş prokuror Ceff Seşnsın istefaya getdiyini elan edib.
Digər ölkələr
7 Noyabr , 2018 23:59
Tramp ABŞ-ın baş prokurorunun istefa getdiyini bildirib

Bakı. 7 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp baş prokuror Ceff Seşnsın istefaya getdiyini elan edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Twitter"də yazıb.

"Baş prokuror Ceff Seşnsın Ədliyyə Nazirliyindəki Aparat rəhbəri Metyu Uitakerin bizim baş prokurorun vəzifəsinin yeni icraçısı olduğunu elan etməyə şadıq", - deyə Tramp bildirib.

Ağ Evin başçısı Seşnsa işinə görə təşəkkür edin. "Daimi əvəzetmə daha sonra elan ediləcək", - deyə prezident bildirib.

ABŞ prezidenti Seşnsın Ədliyyə Nazirliyinə rəhbərlik işini dəfələrlə açıq şəkildə tənqid edib. Tramp bir neçə dəfə bildirib ki, Ədliyyə Nazirliyinin işçiləri ona qarşı fəaliyyət göstərirlər. 

Son xəbərlər

Orphus sistemi