Yuxarı

Tramp ABŞ-da siyasi zorakılığa yol verməyəcəyini bildirib

Tramp ABŞ-da siyasi zorakılığa yol verməyəcəyini bildirib

Bakı. 27 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, onun ölkəsində siyasi zorakılığa yer olmamalıdır.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu o, Ağ evdə çıxışı zamanı deyib.

Tramp ona qarşı çıxış edən insanlara partlayıcı qurğu göndərməkdə şübhəli bilinən şəxsin həbs olunduğunu bildirib və hüquq-mühafizə orqanlarının bu işdə operativliyini qeyd edib.

"Heyranedici işdir!", — deyə ABŞ prezidenti söyləyib.

"[Cəmiyyətə] qarşı belə terror və ləyaqətsiz hərəkətlər qəbuledilməzdir, bizim ölkədə onlara yer yoxdur!", — deyə Tramp afroamerikalılar arasında gənc liderlər forumunda bildirib.

Prezident qeyd edib ki, onun administrasiyası "ölkədə siyasi zorakılığa yol verməyəcək".

Tramp şübhəli və ya şübhəlilərin qanunun bütün ciddiliyi ilə mühakimə olunacağına əmin edib.

Bundan əvvəl ABŞ polisi Florida ştatında yüksək vəzifəli şəxslərdən birinə ünvanlanan daha bir şübhəli poçt bağlamasını ələ keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi