Yuxarı

Tramp: "ABŞ Aİ məhsullarına 11 milyardlıq vergi rüsumu tətbiq edəcək"

Tramp: "ABŞ Aİ məhsullarına 11 milyardlıq vergi rüsumu tətbiq edəcək"

"Ümumdünya Ticarət Təşkilatının Avropa İttifaqının “Airbus” aviaşirkətinə ayırdığı subsidiyaları dəstəkləməsi ABŞ iqtisadiyyatına mənfi təsir göstərdiyi müəyyən edilib".

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter” sosial şəbəkəsindəki açıqlamasında yazıb. O, qeyd edib ki, ABŞ Aİ məhsullarına 11 milyardlıq vergi rüsumu tətbiq edəcək: "Avropa Birliyi illərcə ABŞ-dan faydalanıb. Bu yaxında hər şey bitəcək".

Qeyd edək ki, ABŞ Ticarət Nümayəndəliyi İdarəsi Avropa İttifaqından (Aİ) idxal edilən məhsullara yeni gömrük rüsumlarının tətbiqinin mümkünlüyü barədə bəyanat yayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi