Yuxarı

Tramp ABŞ-a polad və alüminium idxalına rüsum tətbiq edib

Tramp ABŞ-a polad və alüminium idxalına rüsum tətbiq edib

Bakı. 9 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp rəsmi şəkildə polad idxalına 25, alüminium idxalına isə 10 faiz rüsum tətbiq olunduğunu elan edib.

"Report" xəbər verir ki, bu barədə "FoxNews" telekanalı məlumat yayıb.

"Bu gün Amerikanın milli təhlükəsizliyinin müdafiəsi üçün xarici polad və alüminium idxalına rüsum tətbiq edirəm. Bizdə alüminiuma görə 10 faiz və polada görə 25 faiz rüsum olacaq" – deyə Tramp bildirib.

O əlavə edib ki, kim vergi ödəmək niyyətində deyil, istehsalı ABŞ-a keçirə bilər. Onda həmin şəxsə vergi də tətbiq olunmayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi