Tovuzda yolun buzlu olması səbəbindən 2 avtomobil toqquşub: 2 nəfər xəsarət alıb - FOTO

Tovuzda yolun buzlu olması səbəbindən 2 avtomobil toqquşub: 2 nəfər xəsarət alıb - FOTO Pəri Mehdiyeva və onun 3 yaşlı övladı müxtəlif dərəcəli xəsarətlər alıblar
Digər ölkələr
2 Yanvar , 2016 18:01
Tovuzda yolun buzlu olması səbəbindən 2 avtomobil toqquşub: 2 nəfər xəsarət alıb - FOTO

Bakı. 2 yanvar. REPORT.AZ/ Bakı-Qazax yonunun Dönükqırıqlı kənd ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, yolun buzlu və sürüşkən olması səbəbindən Asim Məmmədovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili Məhəmməd Mehdiyevin sürücüsü olduğu "VAZ 2107" markalı maşınla toqquşub.

Hadisə nəticəsində hər iki avtomobil yoldan çıxıb. Qəza zamanı "VAZ 2107" markalı avtomobildə olan Qazax rayon sakinləri 48 yaşlı Pəri Mehdiyeva və onun 3 yaşlı övladı Nihat Mehdiyev müxtəlif dərəcəli xəsarətlər alaraq Qazax Diaqnostika Mərkəzinə çatdırılıblar. Yaralılara ilkin yardım göstərilib. 

Son xəbərlər

Orphus sistemi