Torontoda furqonun piyadaların üzərinə sürülməsi nəticəsində 9 nəfər ölüb, 16-sı yaralanıb - VİDEO - YENİLƏNİB-2

Torontoda furqonun piyadaların üzərinə sürülməsi nəticəsində 9 nəfər ölüb, 16-sı yaralanıb - VİDEO - YENİLƏNİB-2 Hadisəni törədən sürücü saxlanılıb
Digər ölkələr
24 Aprel , 2018 00:16
Torontoda furqonun piyadaların üzərinə sürülməsi nəticəsində 9 nəfər ölüb, 16-sı yaralanıb - VİDEO - YENİLƏNİB-2

Bakı. 24 aprel. REPORT.AZ/ Kanadanın Toronto şəhərində sürücünün mikroavtobusu piyadaların üzərinə sürməsi nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə yerli mətbuata istinadən "BNL News" nəşri məlumat yayıb.

Faktı polis də təsdiq edib. Həmçinin 16 nəfərin xəsarət aldığı bildirilir.


***23:50

Bakı. 23 aprel. REPORT.AZ/ Torontoda sürücünün mikroavtobusu piyadaların üzərinə sürməsi nəticəsində 5 nəfər ölüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kanadanın "Newstalk 1010" radiostansiyası məlumat yayıb.

Həmçinin hadisəni törədən sürücünün saxlanıldığı bildirilir.

Torontoda 21-23 aprel tarixlərində G7-nin nazirlər görüşü keçirilir.


***22:10

Bakı. 23 aprel. REPORT.AZ/ Kanadanın Toronto şəhərində sürücünün mikroavtobusu bir qrup piyadanın üzərinə sürməsi nəticəsində 10-a yaxın insan xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər polisinə istinadən CTV telekanalı məlumat yayıb.

Hadisə meqapolisin mərkəzi hissəsində hərəkətin sıx olduğu kəsişmələrdən birində baş verib. İlkin məlumata görə, 8-10 nəfər xəsarət alıb. Ərazidə çoxlu sayda "təcili yardım", yanğınsöndürən və polis maşınları var.

Hadisənin baş verdiyi yerə yaxın yerləşən Toronto metrosunda qatarların hərəkəti dayandırılıb.

Son xəbərlər

Orphus sistemi