Bakı. 20 Yanvar. REPORT.AZ/ Yaponiya hökuməti cümə günü keçirəcəyi iclasda İrana qarşı sanksiyaları ləğv edəcək.
"Report" xəbər verir ki, bu barədə Yaponiya KİV-i məlumat verib.
Sanksiyaların ləğvi Yaponiya şirkətlərinə İranın neft və qaz sənayesinə investisiya yatırmağa imkan verəcək. Hər iki ölkənin bankları qarşı tərəfdə filisallarını açmaq, eləcə də iki ölkənin maliyyə institutları arasında valyuta mübadiləsi üzrə müqavilələr bağlamaq imkanı əldə edəcək.