​Tokioda güclü qar səbəbindən 67 aviareys təxirə salınıb

​Tokioda güclü qar səbəbindən 67 aviareys təxirə salınıb İstirahət günləri 30 sm-dək qar düşəcəyi proqnozlaşdırılıb
Digər ölkələr
30 Yanvar , 2015 08:20
​Tokioda güclü qar səbəbindən 67 aviareys təxirə salınıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Yaponiya aviaşirkətləri güclü qar səbəbindən Narita və Haneda hava limanlarından ölkə paytaxtı Tokioya 67 aviareysin təxirə salındığını elan edib.

"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, bu qış ilk dəfə olaraq Tokionun mərkəzi rayonlarında qar örtüyü hündürlüyünün 5 sm. təşkil edəcəyi gözlənilir.

Avtomobil yollarının bir sıra məntəqələrində təkərlərə zəncirlərin bağlanması tələbi qoyulub.

Hazırda şimaldan cənuba, Sakit okeandan Yapon dənizinədək demək olar ki, bütün ölkə ərazisində güclü qar gözlənilir.

Meteoroloqlar istirahət günləri qarın 30 sm-dək düşəcəyini proqnozlaşdırıblar.

Son xəbərlər

Orphus sistemi