Tokio mühacirlərə yardım məqsədi ilə 1,56 mlrd dollar ayıracaq

Tokio mühacirlərə yardım məqsədi ilə 1,56 mlrd dollar ayıracaq Bu il Yaponiya bu məqsədlər üçün əvvəlki illərdən üç dəfə çox vəsait yönəldəcək.
Digər ölkələr
30 Sentyabr , 2015 06:23
Tokio mühacirlərə yardım məqsədi ilə 1,56 mlrd dollar ayıracaq

Bakı. 30 sentyabr. REPORT.AZ/ Yaponiya höküməti suriyalı və iraqlı mühacirlərə dəstək məqsədi ilə 1,56 mlrd dollar ayıracaq. “Report”un “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Yaponiyanın baş naziri Sindzo Abe BMT Baş Assambleyasının 70-ci iclasında çıxışı zamanı deyib.

Abe bildirib ki, bu il Yaponiya bu məqsədlər üçün əvvəlki illərdən üç dəfə çox, yəni 810 mln dollar vəsait yönəldəcək.

Daha 750 mln dollar isə Yaxın Şərqdə və Afrikada sülh prosesinin formalaşmasına xərclənəcək.   

Son xəbərlər

Orphus sistemi