"Time" jurnalı ilin adamını seçib

"Time" jurnalı ilin adamını seçib Time jurnalı İsveçdən olan ekoaktivist Qreta Tunberqi ilin adamı seçib.
Digər ölkələr
11 Dekabr , 2019 18:37
Time jurnalı ilin adamını seçib

"Time" jurnalı İsveçdən olan ekoaktivist Qreta Tunberqi ilin adamı seçib.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

Nəşr qeyd edir ki, Q.Tunberq məktəbə getməyərək iqlim dəyişikliyinə qarşı qlobal hərəkata başlayıb.

"2018-ci ilin avqustundan başlayaraq o, günlərini əlində qara fonda "İqlim üçün məktəb tətili" yazısı olan plakatla İsveç parlamentinin qarşısındakı çadır düşərgəsində keçirib. Geridə qalan 16 ay ərzində o, BMT-də dövlət başçıları qarşısında çıxış edib, Roma Papası, ABŞ prezidenti ilə görüşüb və 4 milyon insanı qlobal iqlim dəyişikliyinə qarşı tətilə qoşulmağa ilhamlandırıb", - nəşr yazıb.

Qeyd olunur ki, onun xarici görünüşü Hellouen bayramındakı geyimlərdə kopyalanıb, kanadalı yazıçı Marqaret Etvud isə onu Janna d`Ark ilə müqayisə edib.

Son xəbərlər

Orphus sistemi