Yuxarı

Tillerson və Conson Şimali Koreyaya təzyiq göstərməyi razılaşdırıblar

Tillerson və Conson Şimali Koreyaya təzyiq göstərməyi razılaşdırıblar

Bakı. 5 yanvar. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Reks Tillerson və Böyük Britaniyanın xarici işlər naziri Boris Conson arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Britaniyanın xarici siyasət idarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, Amerika və Britaniya KXDR-ə təzyiq göstərməyi davam etdirməyi razılaşdırıblar.

"Onlar (Conson və Tillerson - red) Şimali Koreyanın qanunsuz nüvə proqramına son qoyması üçün KXDR hakimiyyətinə təzyiq göstərməyi davam etdirməyi razılaşdırıblar", - deyə bəyanatda bildirilir.

Daha əvvəl məlum olub ki, Conson Tillersona bildirib ki, Britaniya İranın nüvə sövdələşməsinə sadiqliyini qoruyur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi