​"The Telegraph": Rusiyanın Suriyadakı əməliyyatları neftin qiymətinin artmasına səbəb ola bilər

​"The Telegraph": Rusiyanın Suriyadakı əməliyyatları neftin qiymətinin artmasına səbəb ola bilər "Hazırda dünya neft tədarükü bazarında gündəlik 2 mln. bareldən artıq xam neft təklif olunur"
Digər ölkələr
5 Oktyabr , 2015 20:35
​The Telegraph: Rusiyanın Suriyadakı əməliyyatları neftin qiymətinin artmasına səbəb ola bilər

Bakı. 5 oktyabr. REPORT.AZ/ Rusiyanın Suriyadakı hərbi kampaniyası neftin qiymətinin artmasına səbəb ola bilər. "Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, "The Telegraph" Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və Küveytin neftin qiymətlərini kəskin şəkildə aşağı salmasını Rusiya iqtisadiyyatına mənfi təsir göstərdiyini qeyd edib.  

"Qiymətlərin aşağı səviyyəsi gələn il də davam edəcəyi halda, Rusiya vətəndaşlarının öz liderlərinə xeyli sualları olacaq. Hazırda dünya neft tədarükü bazarında gündəlik 2 mln. bareldən artıq xam neft təklif olunur, lakin neft ixrac edən ölkələr istehsalı azaltmaq niyyətində deyillər", - qəzet yazıb.

Nəşr Rusiyanın Suriyaya aviazərbələr endirməsini Moskvanı iflasa gətirib çıxarmaq üçün cəhdlər edən ABŞ ilə yerlərini dəyişdirmək cəhdi olduğunu qeyd edib: "Suriyadakı hərbi kampaniya regionda gərginliyin artmasına, həmçinin Suriya müxalifətinə dəstək verən Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinə maliyyə təzyiqi göstərməyə xidmət edir. Belə şəraitdə Səudiyyə Ərəbistanı neftin istehsal həcmini azaltmaq məcburiyyətində qalacaq, bu isə son nəticədə neftin qiymətinin artmasına səbəb olacaq".

Qəzet həmçinin yazıb ki, İran gələcəkdə neft hasilatını artırmaq cəhdləri edə bilər: "Əgər bu baş verərsə, qiymətlər aşağı düşəcək. Bu da Rusiya və Səudiyyə Ərəbistanının çökməsinə gətirib çıxara bilər".

Son xəbərlər

Orphus sistemi