Texasda yeni evlənən cütlük qəzada həlak olub

Texasda yeni evlənən cütlük qəzada həlak olub Bakı. 5 noyabr. REPORT.AZ/ Texas ştatında yeni evlənən cütlük nikah mərasimindən saat yarım sonra helikopter qəzasına düşüb.
Digər ölkələr
5 Noyabr , 2018 13:30
Texasda yeni evlənən cütlük qəzada həlak olub
0 : 00
0 : 00

Bakı. 5 noyabr. REPORT.AZ/ Texas ştatında yeni evlənən cütlük nikah mərasimindən saat yarım sonra helikopter qəzasına düşüb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) məlumatına görə, noyabrın 3-dən 4-nə keçən gecə ştatın cənubunda ailə mülkündə toyları olan cütlük daha sonra kiçik helikopterə minib. Onlar Yuvald şəhərinin 15 mil (22 km) şimal-qərbində qəzaya düşüblər. Hər ikisi və pilot həlak olub. 

Hadisə yerində araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi