Texasda iki helikopter toqquşub

Texasda iki helikopter toqquşub ABŞ-ın Texas ştatında iki yüngülmühərrikli “Robinson R22” helikopteri havada toqquşub.
Digər ölkələr
24 Oktyabr , 2019 03:10
Texasda iki helikopter toqquşub

ABŞ-ın Texas ştatında iki yüngülmühərrikli “Robinson R22” helikopteri havada toqquşub.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Qeyd olunub ki, hadisə nəticəsində iki nəfər ölüb. Ölənlərin hər ikisi eyni helikopterdə olub.

İnsident San Antonio şəhərindən 240 km məsafədə baş verib.

Qəzanın səbəbləri məlum deyil. ABŞ Federal Aviasiya Administrasiyası hadisə ilə bağlı araşdırma aparır. 

Son xəbərlər

Orphus sistemi