Yuxarı

Texasda fırtına qurbanlarının sayı dördə çatıb

​Texasda fırtına qurbanlarının sayı dördə çatıb

Amerikanın Texas ştatına üz verən və yağış və daşqınlara səbəb olan "İmelda" qasırğası qurbanlarının sayı dörd nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Amerikanın CBS televiziyası məlumat yayıb.

Bundan əvvəl "Associated Press" iki nəfərin zərər çəkdiyini yazmışdı.

Ölənlərdən ikisinin öz maşınlarında olduğu qeyd edilir. Bölgədən ən az 1,7 min insan təxliyə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi